Text copied!
Bibles in South Azerbaijani

Zəbur 18:12-38 in South Azerbaijani

Help us?

Zəbur 18:12-38 in Azərbaycan dilində Müqəddəs Kitab

12 Hüzurundan şəfəq saçdı, Odlu közlər və dolu buludları yardı.
13 Rəbb göylərdə gurladı, Haqq-Taala səs saldı, Odlu közlər və dolu yağdı.
14 Oxlarını atıb düşmənləri darmadağın etdi, Şimşəyini çaxdırıb onları dağıtdı.
15 Ya Rəbb, Sənin məzəmmətindən, Burnundakı nəfəsinin şiddətindən Suların dərinlikləri göründü, Dünyanın bünövrələri açıq qaldı.
16 O, ucalardan əl uzadıb məni tutdu, Məni dərin suların içindən çıxartdı.
17 Məni qüvvətli düşmənimdən azad etdi, Çünki yağılarım məndən güclü idi.
18 Fəlakətli günümdə qarşıma çıxdılar, Lakin Rəbb mənə dayaq oldu.
19 O məni genişliyə çıxardı, Məndən razı qalıb məni qurtardı.
20 Rəbb mənə salehliyim naminə ənam verdi, Mənə əlitəmizliyimin əvəzini verdi.
21 Çünki Rəbbin yolunu tutmuşam, Pis olub Allahımın yolundan azmamışam.
22 Onun bütün hökmləri önümdədir, Qaydalarından imtina etməmişəm.
23 Onunla mən kamala çatmışam, Özümü günahdan qorumuşam.
24 Rəbb mənə salehliyimin əvəzini verdi, Gözünün önündə əlitəmiz olmağımın əvəzini verdi.
25 Sədaqətlilərlə sədaqətlisən, Kamillərlə kamilsən.
26 Təmizlərlə təmizsən, Əyrilərlə əyriliyinə görə davranırsan.
27 İtaətkar insanları qurtarırsan, Təkəbbürlü baxışları alçaldırsan.
28 Ya Rəbb, Sən çırağıma işıq verirsən! Allahım Rəbb zülmətimi nura çevirir.
29 Səninlə qoşun üstünə hücum çəkirəm, Allahımla sədlər keçirəm.
30 Allahın yolu kamildir, Rəbbin kəlamı safdır, Rəbb Ona sığınanların sipəridir.
31 Rəbdən başqa Allah kimdir ki? Allahımızdan başqa qaya kimdir ki?
32 Allah məni qüvvəsi ilə bürüyər, Yolumu kamil edər.
33 Ayaqlarımı maral ayaqları kimi çevik edər, Məni zirvələrimdə saxlar.
34 Əllərimə döyüş təlimi verər, Qollarım tunc kamanın yayını dartar.
35 Sən mənə qurtuluş qalxanını verdin, Mənə sağ əlinlə dayaq oldun, Köməyinlə məni yüksəltdin.
36 Geniş yer açdın ki, addımlayım, Ayaqlarım büdrəməsin.
37 Düşmənlərimi qovub onlara çatdım, Onlar məhv olanadək geriyə qayıtmadım.
38 Onları əzdim, qalxa bilmədilər, Ayaqlarımın altına sərildilər.
Zəbur 18 in Azərbaycan dilində Müqəddəs Kitab