Text copied!
Bibles in South Azerbaijani

Zəbur 148:5-13 in South Azerbaijani

Help us?

Zəbur 148:5-13 in Azərbaycan dilində Müqəddəs Kitab

5 Rəbbin isminə həmd etsinlər! Çünki Onun əmri ilə yaranıblar.
6 Rəbb onları həmişəlik, əbədi olaraq yerinə qoyub, Bunun üçün pozulmaz qayda qoyub.
7 Rəbbə həmd edin, ey yer üzündəkilər, Ey dəniz əjdahaları, ey bütün dərinliklər,
8 Ey şimşək, dolu, qar, buludlar, Ey Onun əmrinə tabe olan qasırğalar,
9 Ey dağlar, bütün təpələr, Ey bəhərli ağaclar, bütün sidr ağacları,
10 Ey çöl və ev heyvanları, Ey sürünənlər və uçan quşlar,
11 Ey dünya padşahları və bütün ümmətlər, Ey başçılar və dünyada olan bütün hakimlər,
12 Ey gənc oğlanlar və qızlar, Ey qocalar, cavanlar!
13 Hamınız Rəbbin isminə həmd edin! Çünki yalnız Onun ismi ucadır. Əzəməti göylərin, yerin üstündədir,
Zəbur 148 in Azərbaycan dilində Müqəddəs Kitab