Text copied!
Bibles in South Azerbaijani

Zəbur 147:2-16 in South Azerbaijani

Help us?

Zəbur 147:2-16 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Rəbb Yerusəlimi bərpa edər, İsrailin əsarətdə olanlarını yığıb-gətirər.
3 O, sınıq qəlblərə şəfa verər, Yaralarını sarıyar.
4 Ulduzların sayını hesablar, Hər birini öz adı ilə çağırar.
5 Xudavəndimiz əzəmətlidir, Qüvvəti çoxdur, dərrakəsi hədsizdir!
6 Rəbb məzlumları ayağa qaldırar, Pisləri isə toz-torpaq içinə atar.
7 Rəbbə şükür nəğməsi söyləyin, Allahımızı lira ilə tərənnüm edin!
8 O, göyləri buludlarla bürüyər, Yer üzünü yağışla təmin edər, Dağlarda ot bitirər.
9 O, heyvanlara yem verər, Çığırışan quzğun balalarını yemlər.
10 O, güclü atlardan zövq almaz, Qüvvətli addımlardan razı qalmaz.
11 Amma Rəbb Ondan qorxanlardan, Onun məhəbbətinə ümid bağlayanlardan razı qalar.
12 Ey Yerusəlim, Rəbbi mədh et! Ey Sion, Allahına həmd et!
13 Çünki darvazalarının cəftələrini bərkidər, Sənin əhalinə bərəkət verər.
14 Sərhədinə əmin-amanlıq, Sənə doyunca əla taxıl yetirər.
15 Kəlamını yer üzünə yollar, Onun sözü tez yayılar.
16 Ağ yun kimi qar yağdırar, Kül kimi qırov salar.
Zəbur 147 in Azərbaycan dilində Müqəddəs Kitab