Text copied!
Bibles in South Azerbaijani

Zəbur 144:3-10 in South Azerbaijani

Help us?

Zəbur 144:3-10 in Azərbaycan dilində Müqəddəs Kitab

3 Ya Rəbb, insan kimdir ki, qayğısına qalırsan, Bəşər övladı kimdir ki, onu düşünürsən?
4 İnsan bir nəfəsə bənzər, Ömrü kölgə kimi keçib-gedər.
5 Ya Rəbb, göyləri yar, aşağı en, Dağlara toxun, qoy tüstülənsin.
6 Şimşəyini çaxdır, düşmənləri dağıt, Oxlarını yağdır, yağıları darmadağın et.
7 Göylərdən əl uzadıb dərin sulardan məni xilas et, Məni yadellilərin əlindən azad et.
8 Onların dili yalan danışar, Sağ əlləri yalandan and etmək üçün qalxar.
9 Ey Allah, Sənə yeni bir ilahi ilə şükür edəcəyəm, Səni ontelli çənglə tərənnüm edəcəyəm.
10 Sənsən padşahlara zəfər qazandıran, Qulun Davudu amansız qılıncdan qurtaran.
Zəbur 144 in Azərbaycan dilində Müqəddəs Kitab