Text copied!
Bibles in South Azerbaijani

Zəbur 139:2-10 in South Azerbaijani

Help us?

Zəbur 139:2-10 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Oturuşumu-duruşumu Özün bilirsən, Fikirlərimi uzaqdan duyursan.
3 Getməyimə, yatmağıma nəzarət edirsən, Nə yollardan keçdiyimi bilirsən.
4 Sözlərimi dilə gətirməmişdən əvvəl, Ya Rəbb, hamısını tamamilə bilirsən.
5 Hər yandan məni əhatə etmisən, Öz əlini üzərimə qoymusan.
6 Bu bilik əsrarəngizdir, məndən yüksəkdir, Bunu dərk edə bilmərəm.
7 Hara gedim ki, Ruhun orada olmasın? Hara qaçım ki, hüzurunda olmayım?
8 Əgər göylərə çıxsam, Sən oradasan, Ölülər diyarında yatsam, Sən oradasan.
9 Qanad alıb gündoğana uçsam belə, Dənizi keçib günbatana qonsam belə,
10 Sənin sağ əlin bələdçim olacaq, Sağ əlin məni qoruyacaq.
Zəbur 139 in Azərbaycan dilində Müqəddəs Kitab