14 Sən məni ecazkar, əsrarəngiz yolla yaratmısan, Ona görə şükür edirəm. Nə qədər xariqəli işlər görmüsən! Bunu ürəkdən yaxşı dərk edirəm.
15 Mən gizli bir yerdə yaranarkən, Dünyanın dərin yerində yaranarkən Bədənim Səndən gizli qalmadı.
16 Dünyaya gəlməzdən əvvəl Sənin gözlərin məni gördü. Ömrüm başlamazdan əvvəl Mənə təyin etdiyin hər bir günü kitabına yazmısan.
17 Ey Allah, mənim üçün fikirlərinin qiyməti çoxdur, Onların sayı-hesabı yoxdur!
18 Saysaydım onları, qum dənələrindən çox olardı, Oyananda yenə mən Səninləyəm.
19 Ey Allah, kaş ki pisləri qıraydın, Qantökənlərin hamısı məndən uzaq olaydı,