Text copied!
Bibles in South Azerbaijani

Zəbur 139:13-21 in South Azerbaijani

Help us?

Zəbur 139:13-21 in Azərbaycan dilində Müqəddəs Kitab

13 Sən mənim daxili üzvlərimi yaratmısan, Mənə ana bətnində quruluş vermisən.
14 Sən məni ecazkar, əsrarəngiz yolla yaratmısan, Ona görə şükür edirəm. Nə qədər xariqəli işlər görmüsən! Bunu ürəkdən yaxşı dərk edirəm.
15 Mən gizli bir yerdə yaranarkən, Dünyanın dərin yerində yaranarkən Bədənim Səndən gizli qalmadı.
16 Dünyaya gəlməzdən əvvəl Sənin gözlərin məni gördü. Ömrüm başlamazdan əvvəl Mənə təyin etdiyin hər bir günü kitabına yazmısan.
17 Ey Allah, mənim üçün fikirlərinin qiyməti çoxdur, Onların sayı-hesabı yoxdur!
18 Saysaydım onları, qum dənələrindən çox olardı, Oyananda yenə mən Səninləyəm.
19 Ey Allah, kaş ki pisləri qıraydın, Qantökənlərin hamısı məndən uzaq olaydı,
20 Onlar Sənə qarşı pis niyyətlə danışır, Düşmənlərin adına küfr edirlər!
21 Ya Rəbb, Sənə nifrət edənlərə nifrət etmərəmmi? Əleyhdarlarından ikrah etmərəmmi?
Zəbur 139 in Azərbaycan dilində Müqəddəs Kitab