Text copied!
Bibles in South Azerbaijani

Zəbur 136:10-22 in South Azerbaijani

Help us?

Zəbur 136:10-22 in Azərbaycan dilində Müqəddəs Kitab

10 O, Misirlilərin ilk oğullarını qırdı, Çünki məhəbbəti əbədidir!
11 İsrail nəslini Misirlilərin arasından çıxartdı, Çünki məhəbbəti əbədidir!
12 İsrailliləri qüdrətli əli, uzanan qolu ilə apardı, Çünki məhəbbəti əbədidir!
13 Qırmızı dənizi iki yerə yardı, Çünki məhəbbəti əbədidir!
14 İsrailliləri dənizin ortasından keçirtdi, Çünki məhəbbəti əbədidir!
15 Fironla ordusunu Qırmızı dənizdə batırdı, Çünki məhəbbəti əbədidir!
16 O, xalqını səhrada apardı, Çünki məhəbbəti əbədidir!
17 O, böyük padşahları vurdu, Çünki məhəbbəti əbədidir!
18 O, güclü padşahları qırdı, Çünki məhəbbəti əbədidir!
19 Emor padşahı Sixonu vurdu, Çünki məhəbbəti əbədidir!
20 Başan padşahı Oqu öldürdü, Çünki məhəbbəti əbədidir!
21 Onların torpaqlarını irs olaraq verdi, Çünki məhəbbəti əbədidir!
22 Bu yerləri qulu İsrail nəslinin mülkü etdi, Çünki məhəbbəti əbədidir!
Zəbur 136 in Azərbaycan dilində Müqəddəs Kitab