Text copied!
Bibles in South Azerbaijani

Zəbur 135:2-11 in South Azerbaijani

Help us?

Zəbur 135:2-11 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Ey Rəbbin evində xidmət edənlər, Allahımızın evinin həyətində duranlar,
3 Rəbb yaxşıdır, Rəbbə həmd edin, O nə qədər şirindir, isminə tərənnüm oxuyun!
4 Çünki Rəbb Özü üçün Yaqubu seçdi, İsraili Özünə məxsus xalq olaraq seçdi.
5 Bilirəm, Rəbb əzəmətlidir, Xudavəndimiz bütün allahlardan üstündür.
6 Göylərdə, yer üzündə, Dənizlərdə, bütün ümmanlarda Rəbb istədiyini edər.
7 Yerin ucqarlarından buludları qaldırar, Şimşəkləri çaxdırar, yağış yağdırar, Küləkləri öz mənbələrindən çıxarar.
8 Rəbb Misirlilərin ilk oğullarını qırdı, Hər insanın, hər heyvanın ilk balasını öldürdü.
9 Ey Misir, sənin daxilində, Fironla bütün əyanlarının üzərində O, əlamətlərini, möcüzələrini göstərdi.
10 Nə qədər millətləri qırdı, Qüdrətli padşahları öldürdü.
11 Emorluların padşahı Sixonu, Başan padşahı Oqu, Bütün Kənan padşahlarını qırdı.
Zəbur 135 in Azərbaycan dilində Müqəddəs Kitab