Text copied!
Bibles in South Azerbaijani

Zəbur 132:6-14 in South Azerbaijani

Help us?

Zəbur 132:6-14 in Azərbaycan dilində Müqəddəs Kitab

6 Əhd sandığının Efratada olduğunu eşitdik, Onu Yaar tarlalarında tapdıq.
7 Dedik: «Gəlin, Onun məkanına gedək, Kətilində səcdə edək».
8 Ya Rəbb, qüvvənin rəmzi olan sandığınla birgə İstirahət edəcəyin yerə qalx.
9 Kahinlərin həqiqətə bürünsün, Möminlərin Səni mədh etsin.
10 Qulun Davudun xatirinə Məsh etdiyindən üz döndərmə.
11 Rəbb Davuda sədaqətlə and içdi, Bu andından dönməz: «Belindən gələn oğullarından birini Səndən sonra taxtında oturdacağam.
12 Əgər övladların əhdimə, Onlara öyrədəcəyim göstərişlərə əməl edərlərsə, Onların oğulları da Sonsuza qədər sənin taxtında oturacaq».
13 Çünki Rəbb Sionu seçdi, Orada Öz məskənini salmaq istədi.
14 Dedi: «Bura əbədi olaraq istirahət edəcəyim yerdir, İstəyirəm ki, burada məskən salım.
Zəbur 132 in Azərbaycan dilində Müqəddəs Kitab