Text copied!
Bibles in South Azerbaijani

Yeşua 21:8-29 in South Azerbaijani

Help us?

Yeşua 21:8-29 in Azərbaycan dilində Müqəddəs Kitab

8 İsrail övladları Musa vasitəsilə Rəbbin əmr etdiyinə görə bu şəhərləri və onların otlaqlarını püşk ilə Levililərə verdilər.
9 Onlara Yəhuda və Şimeon övladlarının qəbilələrindən adları göstərilən bu şəhərləri verdilər.
10 Bunlar Levililərdən olan Qohat övladlarından Harun övladları üçün idi, çünki ilk püşk onların idi.
11 Yəhudanın dağlıq bölgəsindəki Anaqlıların atası Arbanın adı ilə adlanan Qiryat-Arba şəhərini, yəni Xevronu və ətrafında olan otlaqları onlara verdilər.
12 Amma şəhərin tarlaları ilə kəndlərini mülk olaraq Yefunne oğlu Kalevə verdilər.
13 Kahin Harun övladlarına qatillər üçün bu sığınacaq şəhərləri verdilər: Xevronla otlaqlarını, Livna ilə otlaqlarını,
14 Yattirlə otlaqlarını, Eştemoa ilə otlaqlarını,
15 Xolonla otlaqlarını, Devirlə otlaqlarını,
16 Ayin, Yutta, Bet-Şemeş şəhərləri ilə otlaqlarını. Bu, iki qəbilədən cəmi doqquz şəhər idi.
17 Binyamin qəbiləsindən isə bu şəhərləri verdilər: Giveonla otlaqlarını, Geva ilə otlaqlarını,
18 Anatotla otlaqlarını, Almonla otlaqlarını. Bu, dörd şəhər idi.
19 Harun övladlarının, kahinlərin bütün şəhərləri otlaqları ilə birgə on üç şəhər idi.
20 Levililərdən olan digər Qohat övladlarına nəsillərinə görə püşklə düşən Efrayim qəbiləsinə aid şəhərləri verdilər.
21 Onlara Efrayimin dağlıq bölgəsində qatillər üçün bu sığınacaq şəhərləri verdilər: Şekemlə otlaqlarını, Gezerlə otlaqlarını,
22 Qivsayimlə otlaqlarını, Bet-Xoronla otlaqlarını verdilər. Bunlar cəmi dörd şəhər idi.
23 Dan qəbiləsindən bu şəhərləri verdilər: Elteqe ilə otlaqlarını, Gibbetonla otlaqlarını,
24 Ayyalonla otlaqlarını, Qat-Rimmonla otlaqlarını. Bunlar da dörd şəhər idi.
25 Menaşşe qəbiləsinin yarısından isə bu şəhərləri verdilər: Taanakla otlaqlarını, Qat-Rimmonla otlaqlarını. Bunlar isə iki şəhər idi.
26 Digər Qohat övladlarına nəsillərinə görə verilən bütün şəhərlər otlaqları ilə birlikdə on şəhər idi.
27 Levililərin nəsillərindən Gerşon övladlarına Menaşşe qəbiləsinin yarısından qatillər üçün bu sığınacaq şəhərləri verdilər: Başandakı Qolanla otlaqlarını, Beeştera ilə otlaqlarını verdilər. Bunlar iki şəhər idi.
28 İssakar qəbiləsindən Qişyonla otlaqlarını, Davratla otlaqlarını,
29 Yarmutla otlaqlarını, En-Qannimlə otlaqlarını verdilər. Bunlar dörd şəhər idi.
Yeşua 21 in Azərbaycan dilində Müqəddəs Kitab