Text copied!
Bibles in South Azerbaijani

Yeşua 21:26-44 in South Azerbaijani

Help us?

Yeşua 21:26-44 in Azərbaycan dilində Müqəddəs Kitab

26 Digər Qohat övladlarına nəsillərinə görə verilən bütün şəhərlər otlaqları ilə birlikdə on şəhər idi.
27 Levililərin nəsillərindən Gerşon övladlarına Menaşşe qəbiləsinin yarısından qatillər üçün bu sığınacaq şəhərləri verdilər: Başandakı Qolanla otlaqlarını, Beeştera ilə otlaqlarını verdilər. Bunlar iki şəhər idi.
28 İssakar qəbiləsindən Qişyonla otlaqlarını, Davratla otlaqlarını,
29 Yarmutla otlaqlarını, En-Qannimlə otlaqlarını verdilər. Bunlar dörd şəhər idi.
30 Aşer qəbiləsindən Mişalla otlaqlarını, Avdonla otlaqlarını,
31 Xelqatla otlaqlarını, Rexovla otlaqlarını verdilər. Bunlar dörd şəhər idi.
32 Naftali qəbiləsindən qatillər üçün sığınacaq şəhəri olan Qalileyadakı Qedeşlə otlaqlarını, Xammot-Dorla otlaqlarını və Qartanla otlaqlarını verdilər. Bunlar üç şəhər idi.
33 Nəsillərinə görə Gerşonluların bütün şəhərləri otlaqları ilə birlikdə on üç şəhər idi.
34 Levililərdən olan Merari övladlarının nəsillərinə bu şəhərləri verdilər: Zevulun qəbiləsindən Yoqneamla otlaqlarını, Qarta ilə otlaqlarını,
35 Dimna ilə otlaqlarını, Nahalalla otlaqlarını. Bunlar dörd şəhər idi.
36 Onlara Ruven qəbiləsindən Beserlə otlaqlarını, Yahsa ilə otlaqlarını,
37 Qedemotla otlaqlarını, Mefaatla otlaqlarını verdilər. Bunlar dörd şəhər idi;
38 Qad qəbiləsindən qatillər üçün sığınacaq şəhəri olan Gileaddakı Ramotla otlaqlarını, Maxanayimlə otlaqlarını,
39 Xeşbonla otlaqlarını, Yazerlə otlaqlarını verdilər. Bunlar dörd şəhər idi.
40 Bunların hamısı Merari övladlarının, yəni Levililərdən qalan nəsillərin şəhərləri idi. Onların püşkü on iki şəhərə düşmüşdü.
41 İsrail övladlarının irsi arasında Levililərin bütün şəhərləri otlaqları ilə birlikdə qırx səkkiz şəhər idi.
42 Bu şəhərlərin hər birinin ətrafında otlaqları var idi. Şəhərlərin hamısı belə idi.
43 Rəbb atalarına etdiyi anda görə vəd etdiyi bütün torpağı İsraillilərə verdi. Onlar bu torpağa sahib oldular və orada məskən saldılar.
44 Rəbb atalarına etdiyi anda görə hər şeydə onlara hər tərəfdən dinclik verdi və bütün düşmənlərindən heç biri onların qarşısında dura bilmədi. Rəbb bütün düşmənlərini onlara təslim etdi.
Yeşua 21 in Azərbaycan dilində Müqəddəs Kitab