Text copied!
Bibles in South Azerbaijani

Yeşua 1:10-15 in South Azerbaijani

Help us?

Yeşua 1:10-15 in Azərbaycan dilində Müqəddəs Kitab

10 Yeşua xalqın məmurlarına əmr edib dedi:
11 «Ordugahı gəzin və xalqa əmr edib deyin: “Özünüzə azuqə hazırlayın, çünki üç gün ərzində İordan çayını keçib Allahınız Rəbbin sizə mülk olaraq verdiyi torpağa girərək oraya sahib olacaqsınız”».
12 Yeşua Ruvenlilərə, Qadlılara, Menaşşe qəbiləsinin yarısına belə dedi:
13 «Yadınıza salın ki, Rəbbin qulu Musa sizə belə vəsiyyət etmişdi: “Allahınız Rəbb rahatlığınız üçün bu torpağı sizə verdi”.
14 Arvadlarınız, uşaqlarınız, sürüləriniz İordan çayının bu tayında Musanın sizə verdiyi torpaqda qalsın. Ancaq siz – bütün igid adamlar silahlanıb qardaşlarınızın qabağında o taya keçin.
15 Rəbb sizə rahatlıq verdiyi kimi soydaşlarınıza da rahatlıq verənə qədər və Allahınız Rəbbin verdiyi torpağa sahib olana qədər onlara kömək edin. Sonra siz Rəbbin qulu Musanın İordan çayının şərqində sizə mülk olaraq verdiyi torpağa qayıdıb oraya sahib ola bilərsiniz».
Yeşua 1 in Azərbaycan dilində Müqəddəs Kitab