Text copied!
Bibles in South Azerbaijani

Yeşua 15:18-33 in South Azerbaijani

Help us?

Yeşua 15:18-33 in Azərbaycan dilində Müqəddəs Kitab

18 Aksa ona ərə gedəndə ərini atasından bir tarla istəməyə sövq etdirdi. Qız eşşəyindən düşəndə Kalev ona dedi: «Nə istəyirsən?»
19 Aksa dedi: «Mənə bir pay da ver. Madam ki Negev torpağını mənə verdin, onda su qaynaqlarını da mənə ver». Kalev ona yuxarıdakı və aşağıdakı su qaynaqlarını verdi.
20 Nəsillərinə görə Yəhuda övladlarının qəbiləsinin irs torpağı budur:
21 Yəhuda övladları qəbiləsinin Edom sərhədinə doğru ən cənubda yerləşən şəhərləri bunlardır: Qavseel, Eder, Yaqur,
22 Qina, Dimona, Adada,
23 Qedeş, Xasor, İtnan,
24 Zif, Telem, Bealot,
25 Xasor-Xadatta, Qeriyot-Xesron, yəni Xasor
26 Amam, Şema, Molada,
27 Xasar-Qadda, Xeşmon, Bet-Pelet,
28 Xasar-Şual, Beer-Şeva, Bizyotya,
29 Baala, İyim, Esem,
30 Eltolad, Kesil, Xorma,
31 Ziqlaq, Madmanna, Sansanna,
32 Levaot, Şilxim, Ayin və Rimmon. Bu şəhərlərin hamısı kəndləri ilə birlikdə iyirmi doqquz şəhər idi.
33 Yamaclı-düzənlikli bölgədə yerləşən şəhərlər isə bunlardır: Eştaol, Sora, Aşna,
Yeşua 15 in Azərbaycan dilində Müqəddəs Kitab