Text copied!
Bibles in South Azerbaijani

Yeşua 13:4-18 in South Azerbaijani

Help us?

Yeşua 13:4-18 in Azərbaycan dilində Müqəddəs Kitab

4 cənubda bütün Kənan torpağı, Sidonlulara məxsus Mearadan Afeqə – Emorluların sərhədlərinə qədər olan torpaqlar;
5 Gevallıların torpağı, Xermon dağı ətəyində olan Baal-Qaddan Xamat keçidinə qədər gün doğana tərəf bütün Livan;
6 Livandan Misrefot-Mayimə qədər bütün dağlıq əhalisi və bütün Sidonluları da İsrail övladlarının qarşısından Mən qovacağam. Ancaq sənə əmr etdiyim kimi bu torpaqları İsraillilərə irs olaraq böl.
7 İndi bu yerləri doqquz qəbilə ilə Menaşşe qəbiləsinin yarısına irs olaraq böl».
8 Menaşşe qəbiləsinin yarısı ilə birgə Ruvenlilər və Qadlılar Musanın İordan çayının şərq tərəfində onlara verdiyi irs torpaqları, Rəbbin qulu Musanın onlara verdiyi bu torpaqları almışdılar:
9 Arnon vadisi kənarında olan Aroerdən vadinin ortasında olan şəhərlə Divona qədər bütün Medva yaylası;
10 Ammonluların sərhədinə qədər Xeşbonda hökmranlıq edən Emorluların padşahı Sixonun bütün şəhərləri;
11 Gilead, Geşurlular və Maakatlıların torpaqları, bütün Xermon dağı, Salkaya qədər bütün Başan;
12 Aştarot və Edreidə hökmranlıq edən, sağ qalan Rafalılardan biri olan Oqun Başandakı bütün torpaqları; Musa bütün bu torpaqlarda yaşayanları döyüşlə qovmuşdu.
13 Ancaq İsraillilər Geşurluları və Maakatlıları qovmadılar. Geşurlularla Maakatlılar bu günə qədər İsraillilər arasında yaşayır.
14 Amma Levi qəbiləsinə irs olaraq torpaq verilmədi, çünki Rəbbin Musaya dediyi kimi onların irsi İsrailin Allahı Rəbb üçün gətirilən yandırma təqdimləridir.
15 Musa Ruven övladlarının qəbiləsinə nəsillərinə görə pay verdi.
16 Onların sərhədi belə idi: Arnon vadisi kənarındakı Aroerdən, bu vadinin ortasındakı şəhər və Medva yanında olan bütün yayla;
17 Xeşbon və yaylada yerləşən şəhərlərin hamısı – Divon, Bamot-Baal, Bet-Baal-Meon,
18 Yahsa, Qedemot, Mefaat,
Yeşua 13 in Azərbaycan dilində Müqəddəs Kitab