Text copied!
Bibles in South Azerbaijani

Yeşua 13:13-25 in South Azerbaijani

Help us?

Yeşua 13:13-25 in Azərbaycan dilində Müqəddəs Kitab

13 Ancaq İsraillilər Geşurluları və Maakatlıları qovmadılar. Geşurlularla Maakatlılar bu günə qədər İsraillilər arasında yaşayır.
14 Amma Levi qəbiləsinə irs olaraq torpaq verilmədi, çünki Rəbbin Musaya dediyi kimi onların irsi İsrailin Allahı Rəbb üçün gətirilən yandırma təqdimləridir.
15 Musa Ruven övladlarının qəbiləsinə nəsillərinə görə pay verdi.
16 Onların sərhədi belə idi: Arnon vadisi kənarındakı Aroerdən, bu vadinin ortasındakı şəhər və Medva yanında olan bütün yayla;
17 Xeşbon və yaylada yerləşən şəhərlərin hamısı – Divon, Bamot-Baal, Bet-Baal-Meon,
18 Yahsa, Qedemot, Mefaat,
19 Qiryatayim, Sivma, dərə dağında olan Seret-Şahar,
20 Bet-Peor, Pisqa yamacları, Bet-Yeşimot,
21 bu yaylanın bütün şəhərləri, Xeşbonda hökmranlıq edən Emorlular padşahı Sixonun bütün ölkəsi idi. Musa Sixonu və Midyan başçıları olan və onun ölkəsində yaşayan ağaları – Evini, Reqemi, Suru, Xuru, Revanı öldürdü.
22 İsrail övladları öldürdükləri adamlarla birgə Beor oğlu falçı Bilamı da qılıncdan keçirtdilər.
23 Ruven övladlarının sərhədi İordan çayı ilə sahil torpaqları idi. Ruven övladlarının nəsillərinə görə irsi olan şəhərlər və onların kəndləri bunlar idi.
24 Musa Qad qəbiləsinə, Qad övladlarına nəsillərinə görə torpaq verdi.
25 Onların sərhədi isə belə idi: Yazer, Gileadın bütün şəhərləri və Rabba qarşısında olan Aroerə qədər Ammon övladları ölkəsinin yarısı;
Yeşua 13 in Azərbaycan dilində Müqəddəs Kitab