Text copied!
Bibles in South Azerbaijani

Yeşaya 10:14-26 in South Azerbaijani

Help us?

Yeşaya 10:14-26 in Azərbaycan dilində Müqəddəs Kitab

14 Elə bil əlimi quş yuvasına uzadıb Xalqların var-dövlətini götürdüm. Elə bil yiyəsiz yumurtaları yığıb Bütün dünyanı mən beləcə zəbt etdim. Qanad çırpan, ağzını açıb səsini çıxaran belə, olmadı”».
15 Balta onu işlədənin qarşısında öyünərmi? Mişar onu qaldıranın qarşısında qürrələnərmi? Sanki dəyənək onu götürəni işlədir, Elə bil ağacdan düzəlmiş əsa canlını hərəkət etdirir.
16 Buna görə Sahibimiz, Ordular Rəbbi Aşşurun güclü əsgərlərinə azar göndərəcək, Möhtəşəm orduları od tutub yanacaq.
17 İsrailin Nuru od, İsrailin Müqəddəsi alov olacaq. Aşşuru tikan və qanqal kimi bir gündə yandırıb yox edəcək.
18 Gözəl meşələri, məhsuldar tarlaları Tamamilə xarab olacaq, Ağır xəstəliyə tutulan insanın canı kimi Həlak olacaq.
19 Meşələrində qalan ağaclarsa Bir uşağın saya biləcəyi qədər az qalacaq.
20 O gün İsrailin sağ qalanları, Yaqubun nəslindən xilas olub sağ qalanlar Onları həlak edənlərə artıq bel bağlamayacaq. Lakin, həqiqətən, Rəbbə – İsrailin Müqəddəsinə arxalanacaq.
21 Sağ qalanlar, Yaqub nəslindən sağ qalanlar Qüdrətli Allaha tərəf dönəcək,
22 Ey İsrail, xalqın dəniz qumu qədər çox olsa belə, Onlar arasından ancaq sağ qalanlar Allaha tərəf dönəcək. Tükənməz ədalətlə dağıdılma hökmü verilib.
23 Xudavənd, Ordular Rəbbi dağıdılma hökmünü Bütün dünyada yerinə yetirəcək.
24 Buna görə də Xudavənd, Ordular Rəbbi belə deyir: «Ey Sionda yaşayan xalqım, Misirlilərin sənə etdiyi kimi Səni dəyənəklə vuran, Üzərinə çomaq qaldıran Aşşurlulardan qorxma.
25 Çünki bu yaxında qəzəbim sönəcək, Hiddətim Aşşurluların məhvinə səbəb olacaq».
26 Mən Ordular Rəbbi, Midyanlıları Orev qayasında vurduğum kimi Onları da qırmancla vuracağam, Dəyənəyimi Misirlilərə qarşı nə cür dənizin üzərinə uzatdımsa, İndi də elə edəcəyəm.
Yeşaya 10 in Azərbaycan dilində Müqəddəs Kitab