Text copied!
Bibles in South Azerbaijani

Yeşaya 10:1-11 in South Azerbaijani

Help us?

Yeşaya 10:1-11 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Haqsız qaydalar çıxaranların, Ədalətsiz qanun qoyanların,
2 Yoxsullardan ədaləti əsirgəyənlərin, Xalqımın kasıblarının haqqını əlindən alanların, Dul qadınları soyanların, Yetimlərin malını ələ keçirənlərin vay halına!
3 Cəza günü uzaqlardan başınıza bəla gələndə nə edəcəksiniz? Kömək üçün kimin yanına qaçacaqsınız? Mal-dövlətinizi harada saxlayacaqsınız?
4 Dustaqlar arasında əyilməkdən Yaxud öldürülənlər arasında yıxılmaqdan Başqa bir çarə qalmayacaq. Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi, Əli hələ də cəzalandırmağa hazır idi.
5 «Vay Aşşurun halına, O Mənim qəzəb əsam, Əlindəki dəyənəksə qeyzimdir!
6 Aşşuru göndərəcəyəm allahsız millətin üstünə, Qəzəbləndiyim xalqın üzərinə hücum etməyə, Qarət etməyə, talan malı götürməyə. Onları küçələrdəki palçıq kimi Tapdalamağa əmr verəcəyəm.
7 Amma Aşşur padşahı Bundan da pis niyyətlər haqda düşünür, Bir neçə millətin kökünü kəsib məhv etməyi fikirləşir.
8 O deyir: “Məgər sərkərdələrimin hamısı padşahlardan artıq deyilmi?
9 Kalnonu Karkemiş kimi ələ keçirmədimmi? Xamat və Arpad şəhərlərini süqut etdirmədimmi? Samariya ilə Dəməşq bizə təslim olmadılarmı?
10 Yerusəlimlə Samariyadakından daha çox oyma bütləri olan Bütpərəst ölkələri necə ələ keçirdimsə,
11 Samariyaya və onun bütlərinə nə etdimsə, Yerusəlimə və onun bütlərinə də elə etmərəmmi?”»
Yeşaya 10 in Azərbaycan dilində Müqəddəs Kitab