Text copied!
Bibles in South Azerbaijani

Yəhya 9:6-14 in South Azerbaijani

Help us?

Yəhya 9:6-14 in Azərbaycan dilində Müqəddəs Kitab

6 Bu sözləri deyəndən sonra yerə tüpürdü, tüpürcəklə palçıq düzəltdi və palçığı kor adamın gözlərinə sürtdü.
7 Sonra ona dedi: «Get, Şiloah hovuzunda yuyun». «Şiloah» «göndərilmiş» deməkdir. O da gedib yuyundu və gözləri açılmış halda qayıtdı.
8 Qonşuları və əvvəllər onu bir dilənçi kimi tanıyanlar deyirdilər: «Əvvəllər oturub dilənən adam bu deyilmi?»
9 Bəzisi «odur» dedi, bəzisi «xeyr, amma ona oxşayır» dedi. Özü isə «mənəm» dedi.
10 Ondan «Elə isə gözlərin necə açıldı?» deyə soruşdular.
11 O cavab verdi: «İsa deyilən Adam palçıq düzəldib gözlərimə sürtdü və mənə “Şiloah hovuzuna get, yuyun” dedi, mən də gedib yuyundum və gözlərim açıldı».
12 Ondan «Bəs İsa haradadır?» deyə soruşdular. O isə «bilmirəm» dedi.
13 Əvvəllər kor olan adamı fariseylərin yanına apardılar.
14 İsanın palçıq düzəldib onun gözlərini açdığı gün Şənbə günü idi.
Yəhya 9 in Azərbaycan dilində Müqəddəs Kitab