Text copied!
Bibles in South Azerbaijani

Yəhya 9:34-41 in South Azerbaijani

Help us?

Yəhya 9:34-41 in Azərbaycan dilində Müqəddəs Kitab

34 Onlar o adama cavab verdilər: «Başdan-ayağa günah içində doğuldun. İndi sənmi bizə dərs verirsən?» Onda onu bayıra atdılar.
35 O adamı bayıra atdıqlarını İsa eşitdi və onu tapıb dedi: «Sən Bəşər Oğluna iman edirsənmi?»
36 O soruşdu: «Ağa, O kimdir ki, Ona iman edim?»
37 İsa ona dedi: «İndi gördüyün və səninlə danışan Adam Odur».
38 O da «ya Rəbb, iman edirəm» dedi və İsaya səcdə etdi.
39 İsa dedi: «Mühakimə etmək üçün bu dünyaya gəldim ki, qoy görməyənlər görsün, görənlərsə kor olsun».
40 Onun yanında olan bəzi fariseylər bu sözləri eşidib «Yoxsa biz də koruq?» deyə Ondan soruşdular.
41 İsa onlara dedi: «Əgər kor olsaydınız, günahınız olmazdı. Amma indi “görürük” dediyiniz üçün günahınız üstünüzdə qalır.
Yəhya 9 in Azərbaycan dilində Müqəddəs Kitab