Text copied!
Bibles in South Azerbaijani

Yəhya 9:20-30 in South Azerbaijani

Help us?

Yəhya 9:20-30 in Azərbaycan dilində Müqəddəs Kitab

20 Ata-anası dedi: «Bilirik ki, bu bizim oğlumuzdur və kor doğulub.
21 Ancaq bilmirik ki, indi necə görür ya gözlərini kim açıb. Özündən soruşun. Həddi-büluğa çatıb, qoy özü barədə özü danışsın».
22 Ata-anası Yəhudi başçılarından qorxduqları üçün bu sözləri söylədilər, çünki Yəhudi başçıları artıq qərara almışdılar ki, İsanın Məsih olduğunu iqrar edən hər kəs sinaqoqdan qovulsun.
23 Buna görə də o adamın ata-anası «həddi-büluğa çatıb, özündən soruşun» dedi.
24 Yəhudi başçıları əvvəllər kor olan adamı ikinci dəfə çağırıb ona dedilər: «Allahın izzəti naminə doğru söylə. Biz bu Adamın günahkar olduğunu bilirik».
25 O da cavab verdi: «O Adamın günahkar olub-olmadığını bilmirəm. Bir şeyi bilirəm ki, əvvəl kor idim, amma indi görürəm».
26 Ondan soruşdular: «O sənə nə etdi? Gözlərini necə açdı?»
27 Onlara cavab verdi: «İndicə sizə söylədim, amma qulaq asmadınız. Niyə bunu yenə eşitmək istəyirsiniz? Bəlkə siz də Onun şagirdi olmaq istəyirsiniz?»
28 Onu söyüb dedilər: «Onun şagirdi sənsən, bizsə Musanın şagirdləriyik.
29 Biz Allahın Musa ilə danışdığını bilirik, bu Adamınsa haradan gəldiyini bilmirik».
30 O adam onlara dedi: «Qəribədir ki, siz Onun haradan gəldiyini bilmirsiniz, amma O mənim gözlərimi açdı.
Yəhya 9 in Azərbaycan dilində Müqəddəs Kitab