Text copied!
Bibles in South Azerbaijani

Yəhya 7:6-14 in South Azerbaijani

Help us?

Yəhya 7:6-14 in Azərbaycan dilində Müqəddəs Kitab

6 Onda İsa onlara dedi: «Mənim vaxtım hələ gəlməyib, sizin üçünsə hər vaxt münasibdir.
7 Dünya sizə nifrət edə bilməz, amma Mənə nifrət edir, çünki Mən onun əməllərinin şər olduğuna şəhadət edirəm.
8 Siz bayrama gedin, Mənsə hələ vaxtım tamam olmadığı üçün bu bayrama getməyəcəyəm».
9 İsa bu sözləri söylədikdən sonra Qalileyada qaldı.
10 Ancaq Onun qardaşları bayrama gedəndən sonra O da açıq yox, gizlicə bayrama getdi.
11 Yəhudi başçıları bayramda İsanı axtararaq «O haradadır?» deyirdilər.
12 Camaat arasında Onun barəsində çoxlu dedi-qodu gəzirdi. Bəzisi «yaxşı adamdır», başqaları isə «xeyr, xalqı aldadır» deyirdi.
13 Lakin Yəhudi başçılarının qorxusundan heç kəs Onun barəsində açıq danışmırdı.
14 Artıq bayramın yarısı keçəndə İsa məbədə gedib təlim öyrətməyə başladı.
Yəhya 7 in Azərbaycan dilində Müqəddəs Kitab