Text copied!
Bibles in South Azerbaijani

Yəhya 7:37-49 in South Azerbaijani

Help us?

Yəhya 7:37-49 in Azərbaycan dilində Müqəddəs Kitab

37 Bayramın sonuncu, təntənəli günündə İsa qalxıb nida edərək dedi: «Kim susayıbsa, yanıma gəlib içsin.
38 Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq».
39 Bunu Ona iman edənlərin alacaqları Ruh barədə söylədi. Ruh isə hələ yox idi, çünki İsa hələ izzətlənməmişdi.
40 Xalqın bir qismi bu sözləri eşidəndə «Bu, doğrudan da, gəlməli olan peyğəmbərdir» dedilər.
41 Başqaları isə «Bu, Məsihdir» söylədi, ancaq bəziləri dedi: «Nə? Məsih Qalileyadanmı gəlir?
42 Məgər Müqəddəs Yazılarda deyilmir ki, Məsih Davudun nəslindən, Davudun yaşadığı Bet-Lexem kəndindən gəlir?»
43 Beləcə İsa barədə xalq arasında fikir ayrılığı oldu.
44 Bəziləri Onu tutmaq istədi, amma heç kəs Ona toxunmadı.
45 Buna görə də mühafizəçilər başçı kahinlərin və fariseylərin yanına qayıtdılar. Onlar mühafizəçilərdən «Niyə Onu gətirmədiniz?» deyə soruşdu.
46 Mühafizəçilər cavab verdilər: «Hələ indiyəcən heç bir insan belə danışmayıb».
47 Fariseylər onlara dedilər: «Yoxsa sizi də aldadıb?
48 Gör bir rəhbər yaxud bir farisey Ona iman etdimi?
49 Bu Qanunu bilməyən xalqa gəlincə, onlar lənətə gəlib!»
Yəhya 7 in Azərbaycan dilində Müqəddəs Kitab