Text copied!
Bibles in South Azerbaijani

Yəhya 7:20-31 in South Azerbaijani

Help us?

Yəhya 7:20-31 in Azərbaycan dilində Müqəddəs Kitab

20 Xalq cavab verdi: «Səndə cin var. Kim Səni öldürməyə çalışır?»
21 İsa onlara dedi: «Mən bir iş gördüm və hamınız buna heyrətlənirsiniz.
22 Musa sizə sünnət etməyi buyurdu, amma Musa yox, ata-babalarınız bunun əsasını qoydu. Siz Şənbə günü də adamı sünnət edirsiniz.
23 Musanın Qanunu pozulmasın deyə Şənbə günü adam sünnət edilir; bəs Şənbə günü bir adamı tamam sağaltdığıma görə Mənə niyə qəzəblənirsiniz?
24 Zahirə görə mühakimə etməyin, ədalətlə mühakimə edin».
25 Onda Yerusəlimlilərin bəzisi dedi: «Öldürməyə çalışdıqları Bu deyilmi?
26 Budur, O açıq danışır, amma Ona bir söz demirlər. Bəlkə rəhbərlər, doğrudan da, Onun Məsih olduğunu öyrəndilər?
27 Ancaq bu adamın haradan olduğunu bilirik, halbuki Məsih gələndə Onun haradan olduğunu heç kəs bilməyəcək».
28 İsa məbəddə təlim öyrədərkən nida edib dedi: «Doğrudan da, Məni tanıyırsınızmı, haradan gəldiyimi bilirsinizmi? Mən Özümdən gəlmədim, lakin Məni Göndərən haqdır. Siz Onu tanımırsınız,
29 Mənsə Onu tanıyıram, çünki Ondan gəlmişəm və O Məni göndərdi».
30 Bu sözlərə görə İsanı tutmağa çalışdılar, lakin heç kəs Ona toxunmadı, çünki vaxtı hələ çatmamışdı.
31 Ancaq xalq arasından çoxu Ona iman edib dedi: «Məsih gələndə bu Adamın etdiklərindən çox əlamət göstərəcəkmi?»
Yəhya 7 in Azərbaycan dilində Müqəddəs Kitab