Text copied!
Bibles in South Azerbaijani

Yəhya 6:47-62 in South Azerbaijani

Help us?

Yəhya 6:47-62 in Azərbaycan dilində Müqəddəs Kitab

47 Doğrusunu, doğrusunu sizə deyirəm: iman edən əbədi həyata malikdir.
48 Həyat çörəyi Mənəm.
49 Ata-babalarınız çöldə manna yedilər və öldülər.
50 Bu isə göydən enən elə bir çörəkdir ki, ondan yeyən şəxs heç vaxt ölməz.
51 Göydən enmiş canlı çörək Mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Öz ətimdir».
52 Bunun cavabında Yəhudilər «Bu Adam yemək üçün Öz ətini bizə necə verə bilər?» deyib bir-birləri ilə mübahisə etdilər.
53 Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Bəşər Oğlunun ətindən yeyib qanından içməsəniz, daxilinizdə həyat olmayacaq.
54 Mənim ətimdən yeyib qanımdan içən əbədi həyata malikdir və Mən onu son gündə dirildəcəyəm.
55 Çünki Mənim ətim həqiqi yemək, qanım da həqiqi içkidir.
56 Mənim ətimdən yeyib qanımdan içən Məndə qalır, Mən də onda qalıram.
57 Var olan Ata Məni göndərdiyi kimi, Mən də Atanın sayəsində yaşadığım kimi Məndən yeyən də Mənim sayəmdə yaşayacaq.
58 Göydən enmiş çörək budur, ata-babalarınızın yediyi kimi deyil. Onlar öldülər, amma bu çörəyi yeyən əbədi yaşayacaq».
59 İsa bu sözləri Kefernahumda, sinaqoqda təlim öyrədərkən söylədi.
60 Şagirdlərindən bir çoxu bu sözləri eşidəndə dedi: «Bu söz qəlizdir. Bunu kim anlaya bilər?»
61 Lakin İsa şagirdlərinin buna görə deyindiklərini duyaraq onlara dedi: «Bu söz sizi büdrədirmi?
62 Yaxşı, bəs Bəşər Oğlunun əvvəllər olduğu yerə qalxdığını görsəniz, necə?
Yəhya 6 in Azərbaycan dilində Müqəddəs Kitab