Text copied!
Bibles in South Azerbaijani

Yəhya 5:5-19 in South Azerbaijani

Help us?

Yəhya 5:5-19 in Azərbaycan dilində Müqəddəs Kitab

5 Otuz səkkiz il xəstə olan bir adam da orada idi.
6 İsa onun yatdığını görəndə çoxdan xəstə olduğunu bilərək ondan soruşdu: «Sağalmaq istəyirsənmi?»
7 Xəstə Ona cavab verdi: «Ağa, yanımda bir adam yoxdur ki, su çalxalanan zaman məni hovuza salsın. Mən çatınca başqası məndən əvvəl oraya enir».
8 İsa ona dedi: «Qalx, döşəyini götür və yeri!»
9 O adam həmin anda sağaldı və döşəyini götürüb yeridi. O gün Şənbə günü idi.
10 Buna görə də Yəhudi başçıları şəfa tapan adama dedilər: «Bu gün Şənbə günüdür, döşəyini daşımaq sənə qadağandır».
11 O adam onlara cavab verdi: «Məni sağaldan Şəxs mənə “döşəyini götür və yeri” dedi».
12 Ondan soruşdular: «Sənə “götür və yeri” deyən Adam kimdir?»
13 Lakin sağalan adam Onun kim olduğunu bilmirdi, çünki İsa o yerdə olan izdihama qarışmışdı.
14 Bir az sonra İsa məbəddə həmin adamı tapıb dedi: «Bax sən sağaldın, bir də günah etmə ki, başına daha pis iş gəlməsin».
15 O adam gedib onu sağaldan Şəxsin İsa olduğunu Yəhudi başçılarına bildirdi.
16 Buna görə Yəhudi başçıları İsanı təqib etməyə başladılar, çünki bunları Şənbə günü edirdi.
17 Lakin İsa onlara dedi: «Mənim Atam indiyə qədər iş görür, Mən də iş görürəm».
18 Bundan sonra Yəhudi başçıları daha da səylə Onu öldürməyə çalışırdılar, çünki İsa yalnız Şənbə gününü pozmadı, həm də Allahın Öz Atası olduğunu söyləyərək Özünü Allaha bərabər saydı.
19 Beləcə İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər.
Yəhya 5 in Azərbaycan dilində Müqəddəs Kitab