Text copied!
Bibles in South Azerbaijani

Yəhya 4:5-9 in South Azerbaijani

Help us?

Yəhya 4:5-9 in Azərbaycan dilində Müqəddəs Kitab

5 O, Yaqubun öz oğlu Yusifə verdiyi torpağa yaxın olan Samariyanın Sixar adlanan şəhərinə gəldi.
6 Yaqubun quyusu orada idi. Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. Altıncı saat radələri idi.
7 Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona «Mənə su ver, içim» dedi.
8 Çünki şagirdləri yemək almaq üçün şəhərə getmişdi.
9 Samariyalı qadın Ona dedi: «Sən bir Yəhudisən, mənsə Samariyalı bir qadın. Sən necə məndən su istəyə bilərsən?» Çünki Yəhudilər Samariyalılarla ünsiyyət etmir.
Yəhya 4 in Azərbaycan dilində Müqəddəs Kitab