Text copied!
Bibles in South Azerbaijani

Yəhya 4:33-41 in South Azerbaijani

Help us?

Yəhya 4:33-41 in Azərbaycan dilində Müqəddəs Kitab

33 Onda şagirdlər «Görəsən kimsə Ona yemək gətirdimi?» deyə bir-birindən soruşdular.
34 İsa onlara dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır.
35 Siz “biçinə dörd ay qalıb” demirsinizmi? Budur, Mən sizə deyirəm: başınızı qaldırıb tarlalara baxın; məhsul bar verib, biçilməyə hazırdır.
36 Əkən də, biçən də birlikdə sevinsin deyə indi biçinçi zəhmət haqqı alır və əbədi həyat üçün məhsul toplayır.
37 Bu işlə bağlı “biri əkər, biri biçər” ifadəsi doğru deyilib.
38 Mən sizi zəhmətini çəkmədiyiniz bir məhsulu biçməyə göndərdim. Başqaları zəhmət çəkdi, sizsə onların zəhmətindən bəhrələndiniz».
39 «Etdiyim bütün əməlləri mənə söylədi» deyə şəhadət edən qadının sözünə görə o şəhərdən olan Samariyalıların bir çoxu İsaya iman etdi.
40 Sonra Samariyalılar İsanın yanına gəlib Ondan xahiş etdilər ki, onların yanında qalsın. İsa da iki gün orada qaldı.
41 Daha çox adam da İsanın sözünə görə iman etdi.
Yəhya 4 in Azərbaycan dilində Müqəddəs Kitab