Text copied!
Bibles in South Azerbaijani

Yəhya 4:3-10 in South Azerbaijani

Help us?

Yəhya 4:3-10 in Azərbaycan dilində Müqəddəs Kitab

3 İsa bundan xəbər tutan kimi Yəhudeyanı tərk edib Qalileyaya qayıtdı.
4 Onun yolu Samariyadan keçirdi.
5 O, Yaqubun öz oğlu Yusifə verdiyi torpağa yaxın olan Samariyanın Sixar adlanan şəhərinə gəldi.
6 Yaqubun quyusu orada idi. Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. Altıncı saat radələri idi.
7 Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona «Mənə su ver, içim» dedi.
8 Çünki şagirdləri yemək almaq üçün şəhərə getmişdi.
9 Samariyalı qadın Ona dedi: «Sən bir Yəhudisən, mənsə Samariyalı bir qadın. Sən necə məndən su istəyə bilərsən?» Çünki Yəhudilər Samariyalılarla ünsiyyət etmir.
10 İsa ona cavab verdi: «Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi».
Yəhya 4 in Azərbaycan dilində Müqəddəs Kitab