Text copied!
Bibles in South Azerbaijani

Yəhya 4:23-33 in South Azerbaijani

Help us?

Yəhya 4:23-33 in Azərbaycan dilində Müqəddəs Kitab

23 Amma o zaman gəlir və artıq gəlib ki, həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da Özünə belə ibadət edənlər axtarır.
24 Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir».
25 Qadın Ona dedi: «Bilirəm ki, “Məsih” deyilən məsh olunmuş Şəxs gələcək və gələndə bizə hər şeyi bildirəcək».
26 İsa ona dedi: «Səninlə danışan Odur, O Mənəm».
27 Bu arada İsanın şagirdləri gəldilər və Onun bir qadınla söhbət etməsinə heyrətləndilər, ancaq heç biri «Nə istəyirsən?» yaxud «Niyə o qadınla danışırsan?» demədi.
28 Bu zaman qadın səhəngini yerə qoydu və şəhərə gedib adamlara dedi:
29 «Gəlin, etdiyim bütün əməlləri mənə söyləyən Adamı görün. Bəlkə elə Məsih Odur?»
30 Adamlar da şəhərdən çıxıb İsanın yanına gəldilər.
31 Bu arada şagirdlər «Rabbi, yemək ye» deyə Ondan xahiş etdilər.
32 Lakin İsa onlara dedi: «Məndə elə yemək var ki, siz ondan xəbərsizsiniz».
33 Onda şagirdlər «Görəsən kimsə Ona yemək gətirdimi?» deyə bir-birindən soruşdular.
Yəhya 4 in Azərbaycan dilində Müqəddəs Kitab