Text copied!
Bibles in South Azerbaijani

Yəhya 4:11-23 in South Azerbaijani

Help us?

Yəhya 4:11-23 in Azərbaycan dilində Müqəddəs Kitab

11 Qadın Ona dedi: «Ağa, su çəkmək üçün bir qabın yox, quyu da dərindir. Bəs o həyat suyunu haradan götürəcəksən?
12 Məgər Sən bu quyunu bizə verən, oğulları və mal-qarası ilə buradan su içən atamız Yaqubdan da üstünsən?»
13 İsa ona cavab verdi: «Bu sudan içən hər kəs yenə susayar,
14 amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək».
15 Qadın Ona dedi: «Ağa, bu suyu mənə ver ki, mən heç vaxt susamayım və su çəkmək üçün buraya gəlməyim».
16 İsa qadına «get ərini çağır və buraya gəl» dedi.
17 Qadın da Ona «ərim yoxdur» söylədi. İsa ona dedi: «“Ərim yoxdur” deməklə düz söylədin,
18 çünki beş kişin olub, indi səninlə yaşayan da ərin deyil, sən bunu düz söylədin».
19 Qadın Ona dedi: «Ağa, görürəm ki, Sən peyğəmbərsən.
20 Bizim ata-babalarımız bu dağda ibadət edirdi, amma siz deyirsiniz ki, ibadət etmək üçün lazımi yer Yerusəlimdədir».
21 İsa ona dedi: «Ey qadın, Mənə inan, artıq o zaman yetişir ki, Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz.
22 Siz bilmədiyinizə ibadət edirsiniz, bizsə bildiyimizə ibadət edirik, çünki xilas Yəhudilərdəndir.
23 Amma o zaman gəlir və artıq gəlib ki, həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da Özünə belə ibadət edənlər axtarır.
Yəhya 4 in Azərbaycan dilində Müqəddəs Kitab