Text copied!
Bibles in South Azerbaijani

Yəhya 3:2-15 in South Azerbaijani

Help us?

Yəhya 3:2-15 in Azərbaycan dilində Müqəddəs Kitab

2 O, gecə ikən İsanın yanına gəlib dedi: «Rabbi, bilirik ki, Sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz».
3 İsa ona cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz».
4 Nikodim Ondan soruşdu: «Yaşa dolmuş bir adam necə yenidən doğula bilər? O, ikinci dəfə anasının bətninə girib doğula bilərmi?»
5 İsa cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz.
6 Bəşərdən doğulan bəşərdir, Ruhdan doğulan ruhdur.
7 Sənə “yenidən doğulmalısınız” dediyimə heyrət etmə.
8 Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir».
9 Nikodim «Bu şeylər necə ola bilər?» deyə soruşdu.
10 İsa ona cavab verdi: «Sən İsrailin müəllimisən. Bunları bilmirsənmi?
11 Doğrusunu, doğrusunu sənə deyirəm: biz bildiyimizi söyləyirik, gördüyümüzə şəhadət edirik, amma siz bizim şəhadətimizi qəbul etmirsiniz.
12 Əgər Mən sizə yerdəki işlərdən danışanda inanmırsınızsa, göydəki işlərdən danışsam, necə inanacaqsınız?
13 Heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş Bəşər Oğlu orada olub.
14 Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki,
15 Ona iman edən hər kəs əbədi həyata malik olsun».
Yəhya 3 in Azərbaycan dilində Müqəddəs Kitab