Text copied!
Bibles in South Azerbaijani

Yəhya 2:5-13 in South Azerbaijani

Help us?

Yəhya 2:5-13 in Azərbaycan dilində Müqəddəs Kitab

5 Anası xidmətçilərə dedi: «Sizə nə desə, edin».
6 Yəhudilərin paklanma mərasimi üçün orada hər biri iki-üç ölçü su tuta bilən altı daş küp var idi.
7 İsa xidmətçilərə dedi: «Küpləri su ilə doldurun». Onları ağzına qədər doldurdular.
8 O, xidmətçilərə dedi: «İndi bir az götürüb toyağasına aparın». Onlar da apardı.
9 Toyağası şəraba çevrilmiş suyun dadına baxdı. O bunun haradan gətirildiyini bilmirdi, bunu yalnız suyu götürən xidmətçilər bilirdi. Toyağası bəyi çağırıb ona dedi:
10 «Hər kəs əvvəlcə əla şərabı, çox içiləndən sonra isə adi şərabı təqdim edir. Amma sən əla şərabı indiyə saxlamısan».
11 İsa Qalileyanın Qana kəndində bu ilk əlamətini göstərdi və izzətini üzə çıxardı. Şagirdləri də Ona iman etdi.
12 Bundan sonra anası, qardaşları və şagirdləri ilə birgə Kefernahuma gedib orada bir neçə gün qaldı.
13 Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə getdi.
Yəhya 2 in Azərbaycan dilində Müqəddəs Kitab