Text copied!
Bibles in South Azerbaijani

Yəhya 2:12-17 in South Azerbaijani

Help us?

Yəhya 2:12-17 in Azərbaycan dilində Müqəddəs Kitab

12 Bundan sonra anası, qardaşları və şagirdləri ilə birgə Kefernahuma gedib orada bir neçə gün qaldı.
13 Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə getdi.
14 Məbəddə öküz, qoyun, göyərçin satanların və sərrafların oturduğunu gördü.
15 İplərdən bir qamçı düzəldib hamını qoyun və öküzlərlə birgə məbəddən qovdu, sərrafların masalarını çevirib pullarını yerə tökdü,
16 göyərçin satanlara da dedi: «Bunları buradan götürün. Atamın evini bazara döndərməyin».
17 Şagirdləri də «evinin qeyrəti Məni yandırıb-yaxacaq» deyə yazıldığını xatırladılar.
Yəhya 2 in Azərbaycan dilində Müqəddəs Kitab