Text copied!
Bibles in South Azerbaijani

Yəhya 19:32-40 in South Azerbaijani

Help us?

Yəhya 19:32-40 in Azərbaycan dilində Müqəddəs Kitab

32 Onda əsgərlər gəlib əvvəl İsa ilə çarmıxa çəkilən bir adamın, sonra isə o biri adamın baldırlarını qırdılar.
33 İsanın yanına gələndə isə Onun artıq öldüyünü görüb baldırlarını qırmadılar.
34 Amma əsgərlərdən biri Onun böyrünü nizə ilə deşdi, o anda oradan qan və su axdı.
35 Bunu görən adam özü şəhadət edir və onun şəhadəti doğrudur, sizin də iman etməyiniz üçün həqiqəti söylədiyini bilir.
36 Bunlar ona görə oldu ki, Müqəddəs Yazıdakı «Onun bir sümüyü də qırılmayacaq» sözü yerinə yetsin.
37 Yenə başqa bir Yazıda «bədənini deşdikləri Şəxsə baxacaqlar» deyilir.
38 Bundan sonra Arimateyalı Yusif Pilatdan İsanın cəsədini götürməyi xahiş etdi. Yusif İsanın şagirdi idi, amma Yəhudi başçılarından qorxduğu üçün bunu gizli saxlayırdı. Pilat ona izin verdi və Yusif gəlib İsanın cəsədini götürdü.
39 Vaxtı ilə gecə ikən İsanın yanına gələn Nikodim də gəlib yüz litraya qədər qarışıq mirra və əzvay gətirdi.
40 İsanın cəsədini götürüb Yəhudilərin dəfn adətinə uyğun olaraq ətirlərlə birgə kətan bezlərə sarıdılar.
Yəhya 19 in Azərbaycan dilində Müqəddəs Kitab