Text copied!
Bibles in South Azerbaijani

Yəhya 17:9-12 in South Azerbaijani

Help us?

Yəhya 17:9-12 in Azərbaycan dilində Müqəddəs Kitab

9 Mənim onlar üçün xahişim var. Dünya üçün deyil, Mənə verdiyin kəslər üçün xahişim var, çünki onlar Səninkidir.
10 Mənim olan hər şey Sənindir, Sənin olanlar da Mənimdir və Mən onlarda izzətlənmişəm.
11 Mən artıq dünyada deyiləm, onlarsa dünyadadır və Mən Sənin yanına gəlirəm. Ey Müqəddəs Ata, onları Mənə verdiyin adınla qoru ki, Bizim kimi bir olsunlar.
12 Onlarla birlikdə olduğum zaman onları Mənə verdiyin adınla qoruyurdum. Onları saxladım və Müqəddəs Yazı yerinə yetsin deyə həlaka gedən adamdan başqa, onlardan heç biri həlak olmadı.
Yəhya 17 in Azərbaycan dilində Müqəddəs Kitab