Text copied!
Bibles in South Azerbaijani

Yəhya 17:13-24 in South Azerbaijani

Help us?

Yəhya 17:13-24 in Azərbaycan dilində Müqəddəs Kitab

13 İndi isə Sənin yanına gəlirəm. Dünyada ikən bu sözləri söyləyirəm ki, Mənim sevincim onlarda kamil olsun.
14 Mən onlara Sənin sözünü verdim. Dünya isə onlara nifrət etdi, çünki Mən dünyadan olmadığım kimi onlar da dünyadan deyil.
15 Onları dünyadan götürməyi deyil, şər olandan qorumağı Səndən xahiş edirəm.
16 Mən dünyadan olmadığım kimi onlar da dünyadan deyil.
17 Onları həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir.
18 Sən Məni dünyaya göndərdiyin kimi Mən də onları dünyaya göndərdim.
19 Mən Özümü onların uğrunda təqdis edirəm ki, onlar da həqiqətlə təqdis olunsun.
20 Yalnız onlar üçün deyil, onların sözü ilə Mənə iman edənlər üçün də xahiş edirəm ki,
21 hamısı bir olsun. Ey Ata, Sən Məndə, Mən də Səndə olduğum kimi onlar da Bizdə olsun ki, dünya Sənin Məni göndərdiyinə inansın.
22 Mənə verdiyin izzəti Mən də onlara verdim ki, Biz bir olduğumuz kimi onlar da bir olsun.
23 Mən onlarda, Sən də Məndə olmaqla bütünlüklə bir olsunlar ki, dünya Sənin Məni göndərdiyini, Məni sevdiyin kimi onları da sevdiyini bilsin.
24 Ey Ata, istəyirəm ki, Mənə verdiyin şəxslər də Mənim olduğum yerdə Mənimlə birlikdə olub Mənim izzətimi görsünlər. Bu izzəti dünya yaranmazdan əvvəl Məni sevdiyin üçün Mənə verdin.
Yəhya 17 in Azərbaycan dilində Müqəddəs Kitab