Text copied!
Bibles in South Azerbaijani

Vaiz 7:9-17 in South Azerbaijani

Help us?

Vaiz 7:9-17 in Azərbaycan dilində Müqəddəs Kitab

9 Qəzəblənməyə tələsmə, Çünki qəzəb ağılsızların Ürəyində yuva salar.
10 “Niyə keçən günlər bu gündən yaxşı idi?” demə, Çünki verdiyin sual hikmətli sual deyil.
11 Hikmət miras mal qədər yaxşıdır, Dünyada yaşayan hər kəs üçün faydalıdır.
12 Çünki pul necə insanın sipəridirsə, Hikmət də eləcə insanın sipəridir. Amma biliyin faydası bundan ibarətdir: Hikmət ona sahib olana həyat verər.
13 Allahın işinə diqqət et: Onun əydiyini kim düzəldə bilər?
14 Yaxşı gündə şad-xürrəm ol, Pis gündə isə bunu anla: Hər cür günü Allah təyin edib ki, İnsan özündən sonra nə olacağını bilməsin.
15 Puç ömrümdə bunları gördüm: Saleh adam salehliyinə baxmayaraq, ölür, Pis adamın isə pisliyinə baxmayaraq, ömrü uzanır.
16 Həddən artıq saleh olma, Həddən artıq müdrik olma. Nə üçün özünü üzəsən?
17 Həddən artıq pis olma, Həddən artıq ağılsız olma. Nə üçün əcəlin çatmamış öləsən?
Vaiz 7 in Azərbaycan dilində Müqəddəs Kitab