Text copied!
Bibles in South Azerbaijani

Vaiz 7:8-12 in South Azerbaijani

Help us?

Vaiz 7:8-12 in Azərbaycan dilində Müqəddəs Kitab

8 Bir şeyin axırı əvvəlindən yaxşıdır, Səbirli adam qürurludan yaxşıdır.
9 Qəzəblənməyə tələsmə, Çünki qəzəb ağılsızların Ürəyində yuva salar.
10 “Niyə keçən günlər bu gündən yaxşı idi?” demə, Çünki verdiyin sual hikmətli sual deyil.
11 Hikmət miras mal qədər yaxşıdır, Dünyada yaşayan hər kəs üçün faydalıdır.
12 Çünki pul necə insanın sipəridirsə, Hikmət də eləcə insanın sipəridir. Amma biliyin faydası bundan ibarətdir: Hikmət ona sahib olana həyat verər.
Vaiz 7 in Azərbaycan dilində Müqəddəs Kitab