Text copied!
Bibles in South Azerbaijani

Vaiz 7:22-29 in South Azerbaijani

Help us?

Vaiz 7:22-29 in Azərbaycan dilində Müqəddəs Kitab

22 Çünki sənin ürəyin də yaxşı bilir ki, Sən də başqa adamları çox söymüsən.
23 Bu deyilənlərin hamısını hikmətlə sınadım. “Hikmətli olacağam” söylədim. Amma buna qadir olmadım.
24 Hikmət deyilən şey Çox uzaqda, çox dərindədir. Onu kim tapa bilər?
25 Mən ürəyimdə niyyət etdim ki, Hikməti və hər şeyin əsasını bilim, Axtarıb araşdırım, Bilim ki, pislik ağılsızlıqdır, Ağılsızlıq isə dəlilikdir.
26 Tələ quran qadını Ölümdən acı gördüm. Onun ürəyi tora, Əlləri zəncirə bənzər. Allahın razı qaldığı adam ondan qaçar, Ancaq günahkar adam ona əsir olar».
27 Vaiz deyir: «Bax bunu öyrəndim: Hər şeyin əsasını tapmaq üçün Bir-bir araşdıran zaman
28 Ürəyim hey axtarır, ancaq tapa bilmir. Min kişinin içində bir yaxşısını tapdım, Amma bu qədər qadının içində bir yaxşısını tapmadım.
29 Ancaq bunu öyrəndim ki, Allah insanları kamil yaratdı, Onlar isə qarışıq fikirlərə düşdü.
Vaiz 7 in Azərbaycan dilində Müqəddəs Kitab