Text copied!
Bibles in South Azerbaijani

Vaiz 4:8-10 in South Azerbaijani

Help us?

Vaiz 4:8-10 in Azərbaycan dilində Müqəddəs Kitab

8 Tənha bir adam var idi, Onun nə oğlu, nə də qardaşı var idi. Zəhmət çəkməkdən yorulmazdı, Lakin yenə də gözləri mal-dövlətdən doymurdu. Özündən soruşmurdu ki, Kimin üçün bu qədər zəhmət çəkirəm, Kimin üçün özümü zövq almaqdan məhrum edirəm? Bu da puçdur, böyük bir dərddir.
9 İki adam bir adamdan yaxşıdır, Çünki zəhmətləri üçün yaxşı muzd alacaqlar.
10 Əgər biri yıxılsa, O biri yoldaşını qaldırar. Lakin vay o adamın halına ki, Yıxılanda onu qaldıran olmur!
Vaiz 4 in Azərbaycan dilində Müqəddəs Kitab