Text copied!
Bibles in South Azerbaijani

Vaiz 4:2-8 in South Azerbaijani

Help us?

Vaiz 4:2-8 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Çoxdan ölüb getmiş adamları Hələ diri qalanlardan daha xoşbəxt saydım.
3 Bunlardan da xoşbəxt o adamdır ki, Hələ dünyaya gəlməyib, Səma altında edilən pisliyi görməyib.
4 Mən gördüm ki, bir adamın çəkdiyi bütün zəhmətlər, yaxşı gedən bütün işlər qonşusunda qısqanclıqdan həvəs yaradır. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.
5 Ağılsız adam əlini qoynuna qoyur, Öz canını üzür.
6 Bir ovuc dolusunun gətirdiyi rahatlıq İki ovuc dolusunun gətirdiyi Zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır.
7 Mən yenə səma altında puç olan başqa bir şeyi gördüm:
8 Tənha bir adam var idi, Onun nə oğlu, nə də qardaşı var idi. Zəhmət çəkməkdən yorulmazdı, Lakin yenə də gözləri mal-dövlətdən doymurdu. Özündən soruşmurdu ki, Kimin üçün bu qədər zəhmət çəkirəm, Kimin üçün özümü zövq almaqdan məhrum edirəm? Bu da puçdur, böyük bir dərddir.
Vaiz 4 in Azərbaycan dilində Müqəddəs Kitab