Text copied!
Bibles in South Azerbaijani

Vaiz 3:15-20 in South Azerbaijani

Help us?

Vaiz 3:15-20 in Azərbaycan dilində Müqəddəs Kitab

15 İndi nə olursa, keçmişdə də olub, Nə olacaqsa, lap qədimdən də var idi. Allah olub-keçənləri araşdırır.
16 Səma altında bir şey də gördüm: Ədalətin yerində pislik var, Salehliyin də yerində pislik.
17 Mən ürəyimdə dedim: “Allah həm salehi, Həm də pis adamı mühakimə edəcək. Çünki O hər iş, hər əməl üçün Bir vaxt qoyub”.
18 İnsanlar barədə mən ürəyimdə dedim: “Allah onları sınayır ki, heyvan kimi olduqlarını görsünlər”.
19 Çünki heyvanın başına gələn insanın da başına gəlir, ikisinin də aqibəti eyni cür olur. Necə biri ölürsə, eləcə də o biri ölür. İkisi də eyni nəfəsə malikdir, insan heyvandan üstün deyil, çünki hər şey puçdur.
20 Hamısı bir yerə gedir, hamısı torpaqdan yaranıb, torpağa da qayıdır.
Vaiz 3 in Azərbaycan dilində Müqəddəs Kitab