Text copied!
Bibles in South Azerbaijani

Vaiz 10:10-18 in South Azerbaijani

Help us?

Vaiz 10:10-18 in Azərbaycan dilində Müqəddəs Kitab

10 Əgər balta kütdürsə, Onun ağzı itilənməyə verilməyibsə, Daha çox güc sərf olunmalıdır. Amma hikmət insanın köməyinə çatar.
11 Əgər ilan ovsun oxunmazdan qabaq sancsa, Ovsunçu çağırmağın faydası yoxdur.
12 Hikmətli adamın ağzından lütfkar sözlər çıxar, Lakin ağılsız öz dili ilə həlakına yol açar.
13 Onun dilindəki sözlər ağılsızlıqla başlanar, Danışığının axırı da sarsaqlıqdır.
14 Ağılsız adam çox söz danışar. Heç kəs nə olacağını bilməz. Bəs kim ona özündən sonra Nə olacağını deyə bilər?
15 Ağılsızların çəkdikləri zəhmət Özlərini yorar, Onlar şəhərə gedən yolu da bilmir.
16 Əgər padşahın bir uşaqdırsa, Başçıların səhər tezdən Ziyafətə başlayırsa, Onda vay halına, ey ölkə!
17 Əgər padşahın bir əsilzadədirsə, Başçıların da vaxtında Keflənmək üçün yox, qüvvətlənmək üçün yeyirsə, Onda xoş halına, ey ölkə!
18 Tənbəllik üzündən evin damı uçar, Heç bir iş görməsən, evin tavanı damar.
Vaiz 10 in Azərbaycan dilində Müqəddəs Kitab