Text copied!
Bibles in South Azerbaijani

Saylar 10:3-22 in South Azerbaijani

Help us?

Saylar 10:3-22 in Azərbaycan dilində Müqəddəs Kitab

3 İki kərənay birdən çalınarsa, bütün icma sənin yanına, Hüzur çadırının girişinə toplansın.
4 Əgər tək biri çalınarsa, rəhbərlər, İsrailin tayfa başçıları sənin yanına toplansınlar.
5 Yüksək səslə çalınanda şərqi düşərgədəkilər yola düşsünlər.
6 Yenə də yüksək səslə çalınanda cənubi düşərgədəkilər yola düşsünlər. Onları yola salmaq üçün yüksək səslə çalınsın.
7 Camaatı toplamaq lazım olanda çalın, amma yüksək səslə çalmayın.
8 Kərənayları Harun oğulları olan kahinlər çalsınlar. Bu, nəsildən-nəslə sizin üçün əbədi qayda olsun.
9 Sizi torpağınızda sıxışdıran düşmənə qarşı döyüşə çıxanda kərənayları yüksək səslə çalın ki, Allahınız Rəbbin yadına düşüb düşmənlərinizdən xilas olasınız.
10 Şad gününüzdə, bayramlarınızda və Təzə Ay mərasimində yandırma qurbanlarınızı və ünsiyyət qurbanınızı verərkən kərənay çalın; Allahınızın qarşısında bu sizin üçün bir xatirə olsun. Allahınız Rəbb Mənəm».
11 İkinci ilin ikinci ayında, ayın iyirminci günündə Şəhadət məskəninin üzərindən bulud çəkildi.
12 İsrail övladları köçlərinə görə Sina səhrasından yola düşdülər. Bulud Paran səhrasında dayandı.
13 İlk dəfə olaraq Musa vasitəsilə Rəbbin əmrinə görə yola düşdülər.
14 Öncə Yəhuda ordu dəstələri öz bayraqları altında yola düşdülər. Bu orduya Amminadav oğlu Naxşon rəhbərlik edirdi.
15 İssakar qəbiləsinin ordusuna Suar oğlu Netanel rəhbərlik edirdi.
16 Zevulun qəbiləsinin ordusuna isə Xelon oğlu Eliav rəhbərlik edirdi.
17 Məskən söküləndə məskəni daşıyan Gerşon övladları və Merari övladları yola düşdülər.
18 Ruven ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Şedeur oğlu Elisur rəhbərlik edirdi.
19 Şimeon qəbiləsinin ordusuna Surişadday oğlu Şelumiel rəhbərlik edirdi.
20 Qad qəbiləsinin ordusuna Deuel oğlu Elyasaf rəhbərlik edirdi.
21 Müqəddəs əşyaları daşıyan Qohatlılar yola düşdülər; onlar gələnədək o birilər məskəni qurardılar.
22 Efrayim ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Ammihud oğlu Elişama rəhbərlik edirdi.
Saylar 10 in Azərbaycan dilində Müqəddəs Kitab