Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 9:5-10 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 9:5-10 in Azərbaycan dilində Müqəddəs Kitab

5 «Gəlin, çörəyimdən yeyin, Hazırladığım şərabdan için.
6 Cəhaləti atın, ömür sürün, İdrak yolu ilə düz gedin».
7 Rişxəndçini tənqid edən özünü rüsvayçılığa salar, Şər adamı danlayan axırda ləkələnər.
8 Rişxəndçini danlama, yoxsa sənə nifrət edər, Müdrik insanı danlasan, səni sevər.
9 Hikmətliyə öyüd versən, hikmətini artıracaq, Salehə bilik öyrətsən, müdrikliyini çoxaldacaq.
10 Rəbb qorxusu hikmətin başlanğıcıdır, Müqəddəsi tanımaq idraklı olmaqdır.
Süleymanin Məsəlləri 9 in Azərbaycan dilində Müqəddəs Kitab