Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 8:9-28 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 8:9-28 in Azərbaycan dilində Müqəddəs Kitab

9 Anlayanlar üçün hər şey aydındır, Bilik qazananlar üçün bu bir həqiqətdir.
10 Gümüşü yox, tərbiyəmi qəbul edin, Saf qızıldan çox biliyi seçin.
11 Çünki hikmət yaqutdan qiymətlidir, İnsanın könlü istəyən şeylər ona tay deyil.
12 Mən hikmətəm, uzaqgörənlik məndə məskən salıb, Biliyi, dərrakəni tapmışam.
13 Rəbb qorxusu pisliyə nifrət etməkdir, Lovğalığa, təkəbbürə, pis yola, Hiyləli dilə nifrət edərəm.
14 Nəsihət, sağlam şüur mənimdir, İdrak mənəm, qüvvəm var.
15 Mənim vasitəmlə şahlar hökmranlıq edir, Hökmdarlar ədalətli fərman verir.
16 Ədalətli hakim olan bütün başçılar və əsilzadələr Mənim vasitəmlə hökm verir.
17 Məni sevənləri sevirəm, Məni səylə axtaran tapır.
18 Sərvət və şərəf, Dağılmaz var-dövlət və salehlik yanımdadır.
19 Barım qızıldan, saf qızıldan dəyərlidir, Bəhərim gümüşdən qiymətlidir.
20 Mən salehlik yolunda, Ədalət yollarının ortasında gəzərəm.
21 Məni sevənləri sərvətə çatdıraram, Xəzinələrini dolduraram.
22 Rəbb Öz yolunun başlanğıcında, Hər işindən əvvəl mənə malik oldu.
23 Yaradılışın əzəlindən, Dünya yaranmazdan əvvəl mən var idim.
24 Dərin sular olmazdan əvvəl, Bol sulu çeşmələr olmazdan əvvəl doğulmuşam.
25 Dağlar yaradılmazdan əvvəl, Təpələr mövcud olmazdan əvvəl təvəllüd tapmışam.
26 Rəbb dünyanı, çölü-düzü, torpaqları yaradanda,
27 Göyləri yaradanda, Dərinliyin üzü üstündə bir dairə çəkəndə,
28 Buludları yuxarıda yerləşdirəndə, Dərinlikdə bulaqları bağlayanda,
Süleymanin Məsəlləri 8 in Azərbaycan dilində Müqəddəs Kitab