Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 8:6-16 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 8:6-16 in Azərbaycan dilində Müqəddəs Kitab

6 Dinləyin, əla şeylərdən danışıram, Dilimdən düz sözlər çıxır.
7 Ağzım həqiqət söyləyir, Dilim şərdən iyrənir.
8 Ağzımdan yalnız salehlik sözləri çıxır, Sözlərimdə nə əyrilik, nə də ki yalan var.
9 Anlayanlar üçün hər şey aydındır, Bilik qazananlar üçün bu bir həqiqətdir.
10 Gümüşü yox, tərbiyəmi qəbul edin, Saf qızıldan çox biliyi seçin.
11 Çünki hikmət yaqutdan qiymətlidir, İnsanın könlü istəyən şeylər ona tay deyil.
12 Mən hikmətəm, uzaqgörənlik məndə məskən salıb, Biliyi, dərrakəni tapmışam.
13 Rəbb qorxusu pisliyə nifrət etməkdir, Lovğalığa, təkəbbürə, pis yola, Hiyləli dilə nifrət edərəm.
14 Nəsihət, sağlam şüur mənimdir, İdrak mənəm, qüvvəm var.
15 Mənim vasitəmlə şahlar hökmranlıq edir, Hökmdarlar ədalətli fərman verir.
16 Ədalətli hakim olan bütün başçılar və əsilzadələr Mənim vasitəmlə hökm verir.
Süleymanin Məsəlləri 8 in Azərbaycan dilində Müqəddəs Kitab