Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 8:17-30 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 8:17-30 in Azərbaycan dilində Müqəddəs Kitab

17 Məni sevənləri sevirəm, Məni səylə axtaran tapır.
18 Sərvət və şərəf, Dağılmaz var-dövlət və salehlik yanımdadır.
19 Barım qızıldan, saf qızıldan dəyərlidir, Bəhərim gümüşdən qiymətlidir.
20 Mən salehlik yolunda, Ədalət yollarının ortasında gəzərəm.
21 Məni sevənləri sərvətə çatdıraram, Xəzinələrini dolduraram.
22 Rəbb Öz yolunun başlanğıcında, Hər işindən əvvəl mənə malik oldu.
23 Yaradılışın əzəlindən, Dünya yaranmazdan əvvəl mən var idim.
24 Dərin sular olmazdan əvvəl, Bol sulu çeşmələr olmazdan əvvəl doğulmuşam.
25 Dağlar yaradılmazdan əvvəl, Təpələr mövcud olmazdan əvvəl təvəllüd tapmışam.
26 Rəbb dünyanı, çölü-düzü, torpaqları yaradanda,
27 Göyləri yaradanda, Dərinliyin üzü üstündə bir dairə çəkəndə,
28 Buludları yuxarıda yerləşdirəndə, Dərinlikdə bulaqları bağlayanda,
29 Sular əmrindən çıxmasın deyə dənizə sədd çəkəndə, Yerin bünövrələrini təyin edəndə
30 Rəbbin yanında memar idim. Hər gün fərəhlənirdim, Hüzurunda həmişə sevinirdim.
Süleymanin Məsəlləri 8 in Azərbaycan dilində Müqəddəs Kitab