Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 7:1-14 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 7:1-14 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Oğlum, sözlərimə bağlı qal, Əmrlərimi özündə saxla.
2 Əmrlərimə bağlı qalsan, yaşayacaqsan, Təlimimi göz bəbəyin kimi qoru.
3 Onları üzük kimi barmağına keçir, Ürəyinin lövhəsinə köçür.
4 Hikmətə de: «Bacımsan», İdraka söylə: «Yaxın dostumsan».
5 Onlar səni əxlaqsız qadından, Şirindilli yad arvaddan qoruyar.
6 Evimin pəncərəsinin şəbəkəsindən Mən bayıra baxırdım.
7 Bir dəstə cahil gənc arasında Qanmaz bir cavanı gördüm.
8 Bu qadının evinin tininə yaxın küçədən keçirdi, Onun evi olan yolla gedirdi.
9 Alaqaranlıqda, gün batanda, Gecə düşəndə, hava qaralanda.
10 Fahişə libaslı, qəlbi fitnə dolu bu qadın Dərhal onu qarşıladı.
11 O hay-küyçüdür, o bihəyadır, Öz evində oturmayandır.
12 Gah küçəyə, gah meydanlara çıxar, Hər tin başı bir pusqu qurar.
13 O, oğlanı tutub öpdü, Həyasızcasına belə dedi:
14 «Ünsiyyət qurbanı kəsməyə borclu idim, Əhdimə bu gün əməl etmişəm.
Süleymanin Məsəlləri 7 in Azərbaycan dilində Müqəddəs Kitab